Məhkəmə Tofiq Yaqublunun şikayətini təmin etməyib

tərəfindən Gozetci

Tofiq Yaqublu

Aprelin 15-də Bakı Apellyasiya Məhkəməsi Müsavat Partiyasının və Demokratik Qüvvələrin Milli Şurasının üzvü Tofiq Yaqublunun həbs müddətinin daha iki ay uzadılması ilə bağlı Nərimanov rayon Məhkəməsinin qərarından verilən şikayəti təmin etməyib.

Vəkil Aqil Layıc bildirib ki, müdafiə tərəfi bu qərarın ləğvini xahiş edib.

“Həbs qətimkan tədbirinin nəinki uzadılmasının, ümumiyyətlə Yaqublunun həbsdə qalmasının əsası yoxdur. Tofiq Yaqublu həmişə saxtalarlığa, dələduzluğa qarşı mübarizə aparıb. Ona görə də ona bu gün bu ittihamların irəli sürülməsi absurddur. Buna baxmayaraq, məhkəmə şikayətimizi təmin etmədi”, vəkil qeyd edib.

Tofiq Yaqublu 2023-cü il dekabrın 14-də dələduzluq və qanunsuz sənəd hazırlamaq ittihamı ilə həbs edilib.

Siyasətçi əvvəllər də dəfələrlə cinayət və inzibati təqibə məruz qalıb. Beynəlxalq təşkilatlar onu vicdan məhbusu kimi tanıyır.

Amerikanın Səsi 

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az