AXCP fəalı Mehman Həbibov mülki geyimli şəxslərin onu döydüyünü bildirib

tərəfindən Gozetci

Mehman Həbibov

Bir neçə gün öncə Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Mehman Həbibovu mülki geyimli şəxslər döyüblər. O, Turan-a bildirib ki, oktyabrın 11-də axşam saatlarında üç nəfər mülki geyimli  onu Qızıldaş qəsəbəsində (Bakının 25 kilometr cənubunda) saxlayıb qara rəngli avtomobilə oturdub.

Fəalın sözlərinə görə, onu qəsəbənin kənarına aparıblar, dəyənəklə döyüblər, ağır sözlərlə təhqir ediblər.

“Onlar mənə deyirdilər ki, “çəkilin qırağa.  Hakimiyyətə gəlmək istəyirsiniz? Biz buna imkan vermərik. Döyəndən sonra məni buraxdılar”, – Həbibov deyib.

Onun bədənində zorakılıq izləri qalıb. 1 nömrəli şəhər kliniki mərkəzində fəalı müayinə etməyiblər, travmatologiya  xəstəxanasına göndəriblər.

Sabunçu qəsəbəsindəki 3 saylı xəstəxanada rentgen və ultrasəs müayinəsi aparılıb, qançır və döş qəfəsinin travması qeydə alınıb.

Ertəsi gün 38-ci polis bölməsinin əməkdaşı onunla əlaqə saxlayaraq hadisə ilə maraqlanıb “O dedi ki, məni ekspertizaya göndərəcəklər. Bir həftə gözlədim, amma bir xəbər çıxmadı. Bundan sonra müalicə üçün Gürcüstana getdim”, – Həbibov deyib.

Turan-ın Daxili İşlər Nazirliyinə sorğusu ilə əlaqədar bildiriblər ki, bu işi araşdırırlar.

Turan 

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az