[:az]AXCP bəyanat verdi: “Heç bir repressiya onu mübarizədən yayındıra bilməz”[:]

tərəfindən Gozetci

[:az]AXCP, partiyasının sədri Əli Kərimlinin və bir neçə fəalının həbsi ilə bağlı bəyanat verib. Bəyanat partiyanın feysbuk səhifəsində paylaşılıb. Bəyanatda deyilir:

17 noyabr 2018-ci ildə Milli Dirçəliş Gününün 30-cu ildönümünü qeyd etmək üçün Şəhidlər Xiyabananı ziyarət edən AXCP üzvlərinə qarşı polis zorakılığı baş verib. Polis aksiyanın baş tutmasına imkan verməyib, onlarla AXCP üzvü, eləcə də partiya sədri Əli Kərimli və Milli Şuranın sədri Cəmil Həsənli saxlanılaraq polis idarəsinə aparılıb.

Xalq Cəbhəsi Partiyası baş vermiş hadisəni Azərbaycanda sərbəst toplaşmaq kimi fundamental haqqa təcavüzün növbəti və daha eybəcər görsənişi kimi qiymətləndirir.

Azərbaycandakı avtoritar rejim üçün bu cür davranışlar adiləşmiş sayılsa da, AXCP, ölkənin müxalif qüvvələri, hələ də varlığını qoruyub saxlayan vətəndaş cəmiyyəti fəalları bu təqiblərin və inzibati zorakılıqların adiləşməsi ilə barışmaq fikrində deyil. AXCP ölkədə demokratiya uğrunda mübarizənin məsuliyyətini daşıyan siyasi güc olaraq vətəndaşların bu mübarizədə səfərbər edilməsi, siyasi azadlıqların bərqərar olması üçün bundan sonra da ardıcıl fəaliyyət göstərəcək. Heç bir qüvvə, heç bir repressiya və təqiblər onu bu mübarizədən yayındıra bilməz.

Xalq Cəbhəsi bəyan edir ki, partiyanın sədri Əli Kərimlinin və digər üzvlərinin həbsdə saxlanılması, onlara müxtəlif inzibati cəzaların verilməsi tamamilə qanunsuzdur. Bu zorakılıq aktının hakimiyyətin öz kadrlarının qeyri-adekvat əməllərindən, öz daxilində korrupsiya maraqlarının toqquşmasından diqqəti yayındırmaq, eləcə də ölkədə demokratik müxalifətin tamamilə sıradan çıxarılması məqsədilə törədilməsindən asılı olmayaraq, AXCP Azərbaycanda avtoritar rejimə qarşı prinsipal və ardıcıl mübarizəsindən bir addım da geri çəkilən deyil.

AXCP onun lideri Əli Kərimlinin və onunla birgə saxlanılanların dərhal azad edilməsini tələb edir.

Xalq Cəbhəsinin rəhbərliyi təşkilatın bütün üzvlərini maksimum diqqətli olmağa çağırır, partiya rəhbərliyinin qərarlarının icrası üçün səfərbərlik vəziyyətini elan edir.

Azərbaycan Xalq Cəbhəsi Partiyası demokratiya uğrunda mübarizənin varlığının əsas faktorlarından biridir və partiyanın bütün üzvləri bu məsuliyyətli missiyanın əhəmiyyətini dəyərləndirir. AXCP inanır ki, bu mərhələ onun daha da güclənməsi ilə başa çatacaq. Təşkilatımıza qarşı bu qəsd bir daha onu göstərir ki, Xalq Cəbhəsi ölkənin siyasi müstəvisində nə qədər əhəmiyyətli bir rolun daşıyıcısıdır!

Bu ölkəyə müstəqilliyi biz qazandırdıq, demokratiyanı da biz gətirəcəyik![:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az