[:az]İlqar Məmmədov azadlıqda[:]

tərəfindən Gozetci

[:az]Bu gün Şəki Apellyasiya Məhkəməsi REAL Partiyasının lideri İlqar Məmmədovu şərti azadlığa buraxıb.

Məhkəmə cəza müddətinin qalan hissəsinin 2 il sınaq müddəti ilə əvəzlənməsi və ölkədən çıxışına qadağa qoyulması ilə şərti cəza barədə qərar qəbul edib.

Xatırladaq ki, ölkənin “baş” siyasi məhbusu İlqar Məmmədov 2013-cü ilin fevralında İsmayıllı hadisələri ilə əlaqədar həbs olunaraq 7 il azadlıqdan məhrum edilmişdi.

Avropa məhkəməsi onun həbsinin qanunsuz olması barədə iki qərar qəbul etsə də hakimiyyət indiyədək bu qərarları icra etməmişdi.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az