[:az]Apellyasiya Məhkəməsi AXCP fəallarını həbsdə saxlayıb[:]

tərəfindən Gozetci

[:az]Bakı Apellyasiya Məhkəməsi Xalq Cəbhəsi Partiyasının fəalları Babək Həsənovun və Ruslan Nəsirlinin həbsindən verilmiş şikayəti təmin etməyib.

Şikayətlər onların 4 ay müddətinə həbs edilməsi ilə bağlı verilib. O və digər bir fəal Aqil Məhərrəmli mayın 25-də saxlanılıb. Növbəti gün Baş Prokurorluq və DİN onların üç həftə əvvəl qanunsuz narkotik dövriyyəsi ittihamı ilə həbs edilmiş Gədəbəy rayonunun keçmiş icra başçısı Saleh Rüstəmov və onun qardaşı oğlu Vidadi Rüstəmli ilə birlikdə cinayət məsuliyyətinə cəlb edildiyi haqqında məlumat yayıb.

Hüquq-mühafizə orqanları beş şəxsi qanunsuz sahibkarlıqda və çirkli pulların yuyulmasında ittiham edir. Rəsmi versiyaya görə, S.Rüstəmov Rusiyada bizneslə məşğul olarkən sahibkarlardan Xalq Cəbhəsi Partiyasının fəaliyyətini maliyyələşdirmək üçün pul yığırdı. Pul bank dövriyyəsindən kənar göndərilirdi və AXCP fəallarına ötürülürdü. AXCP-də çirkli pulların yuyulmasını tamamilə cəfəngiyyat adlandırıblar.

Turan[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az