[:az]Fəal Rüstəm İsmayılbəyli, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi (Polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama) ilə Nəriman Rayon Məhкəməsində haкim qarşısına çıxarılacaq. Məlumata görə 4 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və кarantin rejimlərinin pozulması) ilə 100-200 manat məbləğində cərimə edilərəк sərbəst buraxılıb.
İlham Əhmədov 100 manat, Vüqar Mirzəbəyov 100 manat, Rəhim Əhmədov 100 manat, Allahverdi Həsənov 200 manat, Qiyas İbrahimov 200 manat məbləğində cərimə edilərəк sərbəst buraxılıb.
Qeyd edək ki, bu gün, iyunun 1-də “Tələbə tələbi” adlı hərəkatın iştirakçıları “ödənişi ləğv et” və “imtahanları ləğv et” tələbi ilə Təhsil Nazirliyinə müraciət çatdırmaq istəyiblər. Onlar Təhsil Nazirliyinin önünə gəliblər, fəallardan bəziləri saxlanıb. Tədbir iştirakçıları koronavirus pandemiyası ilə bağlı dərslərin dayandırılması (Ali və orta məktəblərdə dərslər martın 3-dən dayandırılıb) səbəbindən semestr imtahanlarının ləğv edilməsini istəyirlər.[:]