Jurnalistləri Müdafiə Komitəsi (CPJ) “Abzas Media işi” üzrə həbsdə olan jurnalistlər və sülh fəalı Bəhruz Səmədova oxunan məhkəmə hökmlərini qınayıb

tərəfindən Gozetci

Beynəlxalq təşkilatın iyunun 23-də yaydığı bəyanatda deyilir ki, hökmlər Azərbaycan hakimiyyətinin ölkədə “olan-qalan müstəqil məlumat yayımına son qoymaq istəməsindən xəbər verir”. 

Komitənin Avropa və Mərkəzi Asiya üzrə proqram direktoru Gülnoza Səidin adından verilən bəyanatda, həmçinin, Səmədovun təcridxanada intihara cəhd etməsindən narahatlıq ifadə olunur.

“Hakimiyyət Səmədovun sağlam rifahını təmin etməli, onu və nahaq yerə həbs olunmuş jurnalistləri təcili azad etməlidir”, – deyə təşkilat çağırış edib.

İyunun 23-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə gənc tədqiqatçı, sülh fəalı Bəhruz Səmədov 15 il müddətinə azadlıqdan məhrum edilib.

İyunun 20-də isə Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutan iclasda “Abzas Media işi” üzrə təqsirləndirilən şəxslərə hökm oxunub.

Hakimin qərarı ilə “Abzas Media”nın direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı, araşdırmaçı jurnalist Hafiz Babalı və “Azadlıq Radiosu”nun jurnalisti, iqtisadçı Fərid Mehralızadə 9 il, jurnalistlər Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, “Abzas Media”nın koordinatoru Məhəmməd Kekalov isə 7 il 6 ay azadlıqdan məhrum edilib.

Səmədov dövlətə xəyanət, “Abzas”çılar isə qaçaqmalçılıq daxil olmaqla bir neçə maddədə ittiham edilib.

Toplum TV 

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az