Elvin Mustafayevin səhhətində problemlər yarandığı bildirilir

tərəfindən Gozetci

Elvin Mustafayev

 

“İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının həbsdə olan üzvü Elvin Mustafayevin səhhətində problemlər yarandığı bildirilir.

Həmin qurumun iyunun 18-də yaydığı məlumata görə, vəkil Zibeydə Sadıqova ilə görüşən fəal son 10 gündə qulağında ağrılar olduğunu, iltihab və çirkli axıntı yarandığını deyib.

Şikayətlə bağlı vəkil də Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinə, Penitensiar Xidmətə və Ombudsman Aparatına müraciət edib. Mustafayevin təcili olaraq müayinə olunması və nəticələrinin ailəsinə təqdim olunması istənilir.

Hələlik, bütün bu açıqlamalara Penitensiar Xidmət və başqa aidiyyəti rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Gənc fəalın mayın 6-dan cərimə kamerasında saxlandığı bildirilir. Yaxınları onun karserə salınmasını siyasi məhbus sayılan şəxsləri dəstəkləməsi ilə izah ediblər.

Rəsmi qurumlar bu barədə hər hansı açıqlama verməyiblər.

AzadlıqRadiosu

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az