Anar Məmmədlinin məhkəməsi başlayır

tərəfindən Gozetci

Anar Məmmədli

 

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) rəhbəri Anar Məmmədlinin cinayət işi üzrə istintaq yekunlaşıb, iş baxılıması üçün məhkəməyə göndərilib.

Bu barədə müdafiə tərəfi məlumat verib.

Məlumata görə, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Aygün Qurbanovanın icraatına verilib və məhkəmənin hazırlıq iclası mayın 26-ı, saat 11:30-a təyin olunub.

Xatırladaq ki, Anar Məmmədli ötən il aprelin 29-da saxlanılıb, aprelin 30-da isə Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsilə (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) ittiham olunub.
Bir sıra beynəlxalq təşkilatlar, eləcə də ABŞ Dövlət Departamenti Azərbaycan hökumətini Məmmədlini və həbs olunmuş digər şəxsləri dərhal azad etməyə çağırıb.
Anar Məmmədli seçki hüquqları ilə məşğul olan Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin qeyri-hökumət təşkilatının rəhbəridir. O, Azərbaycanda seçkilərə dair tənqidi hesabatların müəllifidir.

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az