Xanım Mustafayeva
Jurnalistikada Qadınlar üçün Koalisiya (The Coalition For Women In Journalism) müstəqil jurnalist Xanım Mustafayevanın ölkədən çıxışına qoyulan qadağanı pisləyib.
“ Xanım Mustafayevaya heç bir izahat vermədən Azərbaycanı tərk etməyi qadağan edilib. Bakı hava limanının rəhbərliyi Daxili İşlər Nazirliyinin səyahət qadağasına istinad etsə də, bunun səbəblərini açıqlamayıb. Xaricdə yaşayan Mustafayeva 2024-cü ilin dekabrında ailəsinə baş çəkmək üçün qayıdıb. Cinayət işi olmamasına baxmayaraq, ona Türkiyəyə qayıtması imtina edilib. Bu, müstəqil jurnalistlərə qarşı dövlət təqibinin narahatedici modelinin bir hissəsidir”, təşkiltın bəyanatında deyilir.
Təşkilat qeyd edir ki, ötən il onlarla jurnalist və fəal həbs və ya səyahət qadağası ilə üzləşib.
“Qadın Mətbuat Azadlığı bu repressiyanı pisləyir. Biz şəffaflıq, hesabatlılıq və bu avtoritar tədbirlərin dərhal dayandırılmasını tələb edirik. Mustafayeva sərbəst səyahət etməlidir”, Jurnalistikada Qadınlar üçün Koalisiyanın bəyantında deyilir.
Xanım Mustafayevanın ölkədən çıxışına yanvarın 11-də qadağa qoyulub.
Jurnalist qadağanın səbəbini öyrənmək üçün DİN-in Mətbuat xidmətinin rəhbəri Elşad Hacıyevlə əlaqə saxlayıb.
Hacıyev ona qadağadan məlumatsız olduğunu və araşdıracağını deyib.
Amerikanın Səsi