Qubad İbadoğlunun şəxsiyyət vəsiqəsi fəaliyyətsiz edilib

tərəfindən Gozetci

Qubad İbadoğlu

 

İqtisad elmləri doktoru və siyasi xadim Qubad İbadoğlunun ev dustaqlığına buraxıldıqdan sonra hüquqlarını daha da məhdudlaşdırırılıb. Onun  şəxsiyyət vəsiqəsi fəaliyyətsiz edilib.

Belə ki, İbadoğlunun həbsdən ev dustaqlığına keçirildikdən sonra Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən ona qaytarılan şəxsiyyət vəsiqəsi artıq işləmir. Bu barədə İbadoğlu özü bildirib.

Ona məxsus şəxsiyyət vəsiqəsi  ilə Azərbaycan qanunvericiliyində nəzərdə tutulan notarial qaydada etibarnamə vermək və ya əldə etmək hüququ məhdudlaşdırılıb. Mobil notarius və ASAN xidmətdə  sistemində Qubad İbadoğlu  adı  ilə heç bir əməliyyat aparmaq mümkün deyil. Sistemə FİN məlumatlarını daxil edərkən, “daxil olmuş FİN əsasında  vəsiqə məlumatı tapılmadı” cavabı verilir.

İbadoğluya bildirib ki, ona məxsus şəxsiyyət vəsiqəsi 04.08.2031-ci ilə qədər etibarlı olsa da, hazırda o bu sənəddən istifadə edə bilmir.

Öz növbəsində, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Elbrus İbrahimov Turan-a bildirib ki, Qubad İbadoğlunun şəxsiyyət vəsiqəsi ilə bağlı heç bir məhdudiyyət tətbiq edilməyib.

O, əlavə edib ki, İbadoğlunun şəxsiyyət vəsiqəsinin etibarsızlığı məsələsi yoxdur.

Turan 

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az