“Meydan TV” əməkdaşlarından əlavə onlarla birgə saxlanılan digər şəxslərin siyahısı yayılıb. Bu barədə dekabrın 7-də saytın redaktoru Orxan Məmməd məlumat verib. Onun sözlərinə görə, saxlanılanların bəzilərinə zorakılıq olunub və onlardan zorla ifadə almağa çalışırlar:
“Bir-ikisi xaric, digərləri vəkildən məhrumdurlar. Saxlanılanlar arasında foto jurnalist Əhməd Muxtar, media əməkdaşı Ülvi Tahirov, idman jurnalisti Rəşad Ergün, heyvan haqları fəalı Kamran Məmmədli, saxlanılanların yaxınları Elnur Cabbarzadə və Yunis Rzayev var”.
Yunis Rzayev, heyvan haqları fəalı Kamran Məmmədli və idman jurnalisti Rəşad Ergün 25 saat sonra, ardınca isə Elnur Cabbarzadə Bakı Şəhər Baş Polis İdarəsindən sərbəst buraxılıblar. Media əməkdaşı Ülvi Tahirovun isə qaçaqmalçılıqda ittiham olunduğu bildirilir. Bu barədə “Meydan Tv”nin redaktoru Orxan Məmməd Amerikanın Səsinə məlumat verib.
Amerikanın Səsi