“Sərhədsiz reportyorlar” mətbuatı müdafiə təşkilatı “Meydan” TV-nin əməkdaşlarının həbsini pisləyib. Təşkilatın X platformasındakı hesabında yayılan məlumatda deyilir: “Sərhədsiz reportyorlar” bu yeni həbsləri pisləyir, onları və uydurma ittihamlarla rüsvayçı şəraitdə saxlanılan digər 13 jurnalisti dərhal azad etməyə çağırır”.
Freedom Now hüquq-müdafiə təşkilatı Azərbaycanda müstəqil mətbuata təzyiqlərin dayandırılması tələblərinə qoşulub.
“Azərbaycan müstəqil jurnalistləri sərt şəkildə təqib etməyə davam edir. Repressiyaların son aktı “Meydan” TV-nin beş jurnalistinin açıq-aşkar siyasi motivli əsaslarla saxlanılması oldu. Biz onları dərhal azad etməyə və bu təqibə son qoymağa çağırırıq”. Bu barədə təşkilatın X platformasındakı hesabında deyilir.
Turan