88
Məhəmməd Kekalov
İyunun 12-də Xətai Rayon Məhkəməsində “Abzas Media işi” üzrə saxlanılan Məhəmməd Kekalovun barəsində verilən həbs qətimkan tədbirinin müddəti daha 3 ay uzadılıb.
Məhkəmə bu qərarı istintaq orqanının təqdimatı əsasında verib.
Kekalovun həbs müddəti daha əvvəl martın 15-də də 3 ay uzadılmışdı.
Bu iş üzrə həbs olunan Nərgiz Absalamovanın həbs müddəti 3-cü dəfə, Hafiz Babalı, Elnarə Qasımova, Ülvi Həsənli, Sevinc Vaqifqızının həbs müddətləri isə 2-ci dəfə uzadılıb.
Ötən il noyabrın 20-də “Abzas Media”nın direktoru Ülvi Həsənli, onun müavini Məhəmməd Kekalov, noyabrın 21-də baş redaktor Sevinc Vaqifqızı, noyabrın 30-da reportyor Nərgiz Absalamova, dekabrın 13-də araşdırmaçı jurnalist Hafiz Babalı, son olaraq yanvarın 13-də jurnalist Elnarə Qasımova saxlanılıb.
Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb, barələrində həbs qətimkan tədbiri seçilib.
AbzasMedia