99
Fərid Mehralızadə
Bu gün, mayın 30-da iqtisadçı Fərid Mehralızadənin bu gün, saxlandığı bildirilir.
Bu barədə Azadlıq Radiosuna onun yaxınları məlumat verib.
Yaxınlarının sözlərinə görə, O, Bakı şəhərində evindən çıxarkən saxlanarq qara avtomobilə aparılıb:
“Bir neçə saat sonra onu evə gətiriblər və evdə axtarış aparılıb. Daha sonra onu Bakı Şəhər Baş Polis İdarəsinə aparıblar. Hazırda ordadır”.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən isə “Turan”a bildirilib ki, Fərid Mehralızadə polisə dəvət olunub, araşdırma aparılır.
Nazirlikdən əlavə məlumat verilməyib.