“Çox narahatıq”: Dövlət Departamentinin Anar Məmmədlinin saxlanılması ilə bağlı şərhi

tərəfindən Gozetci

Bazar ertəsi ABŞ Dövlət Departamenti Bakıda Seçkilərin Monitorinqi Mərkəzinin rəhbəri Anar Məmmədlinin saxlanılmasına münasibət bildirib.

“Biz Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin həbslərinin davam etməsindən, xüsusən Anar Məmmədlinin həbsindən çox narahatıq”, deyə Dövlət Departamentinin nümayəndəsi Turan-ın müxbirinə bildirib.

Bazar ertəsi Məmmədlinin saxlanılması vətəndaş fəallarının və jurnalistlərin həbsi silsiləsində sonuncu fakt oldu.

“Biz Azərbaycan hökumətini ədalətsiz olaraq saxlanılan hər kəsi dərhal azad etməyə çağırırıq”, deyə Dövlət Departamentinin nümayəndəsi bildirib.

“Biz Azərbaycan hökumətini insan hüquqlarına və əsas azadlıqlarına, xüsusən ifadə azadlığından istifadə edənlərin hüquq və azadlıqlarına hörmət etməyə çağırmaqda davam edirik”.

Məmmədli dövlət katibi Entoni Blinkenin Azərbaycan prezidenti İlham Əliyevlə söhbətində “Azərbaycanı beynəlxalq öhdəliklərinə və insan hüquqları sahəsində öhdəliklərinə riayət etməyə və Azərbaycanda ədalətsiz olaraq həbs edilən şəxsləri azad etməyə” çağırmasından bir gün sonra saxlanılıb.

Turan 

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az