Anar Mammadli barəsində 3 ay 28 gün həbsqətimkan tədbiri seçildi

tərəfindən Gozetci

Anar Məmmədli

Aprelin 30-da Xətai rayon Məhkəməsində Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi (SMDT) Mərkəzinin rəhbəri Anar Məmmədli barəsində 3 ay 28 gün həbsqətimkan tədbiri seçilib.

Anar Məmmədliyə qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Xatırladaq ki, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) rəhbəri Anar Məmmədli aprelin 29-da saxlanılıb.
Polis Məmmədlinin yaşadığı evdə və ata evində axtarış həyata keçirib. Ona məxsus sənədlər, kompüter və avadanlıqlar götürülüb.

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az