Jurnalist Şamo Eminovun həbsdə vəziyyətinin pisləşdiyi deyilir

tərəfindən Gozetci

Şamo Eminov

“Kanal-13” internet televiziyasının həbsdə olan əməkdaşı Şamo Eminovun istintaq təcridxanasında vəziyyətinin pisləşdiyi bildirilir.

Jurnalistin xanımı Dürdanə Eminova dünən, martın 27-də təcridxanada onunla görüşdən sonra bu barədə açıqlama verib.

“Şamonun gözləri qızarmışdı, əlləri əsirdi…”, – Dürdanə Eminova deyib.

Xanımın sözlərinə görə, bundan əlavə, jurnalistin qaraciyər və mədəsində ciddi problemlər var. Onun vurğulamasına görə, bir neçə gün əvvəl jurnalistin ağzından qan gəlib.

Xanımı Şamo Eminovun ən azı bir müddət tibb müəssisəsinə köçürülməsi üçün müvafiq orqanlara müraciət edib.

Bundan öncə isə Dürdanə Eminova ərinin əsassız həbs olunduğunu bildirərək ombudsmana müraciət etmişdi.

Dürdanə Eminovanın bu açıqlamasına, hələlik, rəsmi qurumlar və Ombudsman Aparatından münasibət almaq mümkün olmayıb.

“Kanal-13” ilə əməkdaşlıq edən jurnalist-frilanser Ş.Eminov ötən il dekabrın 23-də saxlanıb. Məhkəmə onu “qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xarici valyuta qaçaqmalçılığı” (206.3.2) ittihamı ilə istintaq müddətində həbs edib

Ondan bir ay əvvəl həmin televiziyanın rəhbəri Əziz Orucovda eyni və əlavə olaraq qanunsuz tikinti aparmaq ittihamı ilə həbs olunmuşdu.

Ümumilikdə son aylar Azərbaycanda 10 civarında jurnalist həbs edilib. Onlara, əsasən, qaçaqmalçılıq ittihamı verilib. Jurnalistlər ittihamlarla razılaşmır, həbslərini peşə fəaliyyəti ilə izah edirlər. Amma rəsmilər ölkədə sırf peşə fəaliyyətinə görə jurnalistlərin həbsi ilə bağlı deyilənləri qəbul etmirlər.

AzadlıqRadiosu

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az