AXCP üzvü barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib

tərəfindən Gozetci

Sahib Məmmədzadə

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Daşkəsən şöbəsinin martın 18-də saxlanan sədri Sahib Məmmədzadə barəsində martın 19-da 4 aylıq həbs-qətimkan tədbirinin seçildiyi bildirilir.

Bu barədə həmin partiyadan məlumat verilib.
AXCP-dən bildirilib ki, Sahib Məmmədzadə Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq küllü miqdarda narkotik vasitələri,…hazırlama,… və ya satma) maddəsi ilə ittiham olunur və artıq Gəncə 2 saylı İstintaq Təcridxanasına köçürülüb:
“Sahib bəy vəkilə bildirib ki, özünü təqsirli bilmir və məhkəmədə də deyib ki, ona şər atılıb. O, həbsini onun AXCP-nin Daşkəsən rayon şöbəsinin sədri olmağı ilə izah edir”.
Bu deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyindən (DİN) münasibət öyrənmək mümkün olmayıb. Amma buna qədər həm DİN, həm də başqa rəsmi qurumlar insanların Azərbaycanda siyasi fəaliyyətlərinə görə şərlənərək həbs edilmələri ilə bağlı deyilənləri əsassız sayıblar.
AzadlıqRadiosu

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az