Məhəmməd Kekalovun həbsi 3 ay uzadılıb

tərəfindən Gozetci

Məhəmməd Kekalov

Matın 15-də Xətai Rayon Məhkəməsində hakim Rəfael Sadıqovun sədrliyi ilə keçirilən prosesdə “Abzas Media” işi üzrə saxlanılan Məhəmməd Kekalovun barəsində verilən həbs qətimkan tədbiri müddəti daha 3 ay uzadılıb.

Məhkəmə bu qərarı istintaq orqanının təqdimatı əsasında verib.
Bundan 1 gün əvvəl – martın 14-də “Abzas Media”nın direktoru Ülvi Həsənli ( 3 ay) və saytın baş redaktoru Sevinc Vaqifqızı (Abbasova) (2 ay 29 gün) barəsində verilən həbs qətimkan müddəti də artırılıb. Fevralın 24-də jurnalist Nərgiz Absalamovanın, martın 7-də isə Hafiz Babalı və Elnarə Qasımovanın həbs müddəti 3 ay uzadılıb.
Ötən il noyabrın 20-də “Abzas Media”nın direktoru Ülvi Həsənli, onun müavini Məhəmməd Kekalov, noyabrın 21-də baş redaktor Sevinc Vaqifqızı, noyabrın 30-da reportyor Nərgiz Absalamova, dekabrın 13-də araşdırmaçı jurnalist Hafiz Babalı, son olaraq yanvarın 13-də jurnalist Elnarə Qasımova saxlanılıb.
Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb, barələrində həbs qətimkan tədbiri seçilib.
Abzas Media

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az