Ruslan İzzətlinin təcili əməliyyata ehtiyacı var

tərəfindən Gozetci

Ruslan İzzətli

Həbs edilmiş “III Respublika Platforması”nın üzvü Ruslan İzzətlinin öddaşı xəstəliyi ilə əlaqədar təcili cərrahi əməliyyata ehtiyacı var. Bu barədə onun həyat yoldaşı Günel Manaflı bildirib.

“Ruslanın həbsindən sonra onun həkimi ilə məsləhətləşdim, o, dərmanların artıq ona kömək etmədiyini, təcili əməliyyata ehtiyac olduğunu deyib. Onun hər an tutması ola bilər, buna görə əməliyyat lazımdır”, deyə Manaflı bildirib.

O, öz narahatlığını ombudsmanın köməkçisinə çatdırıb və xəstəliyin ərinin həyat və sağlamlığına istənilən mənfi nəticələrinə görə dövlətin məsuliyyət daşıyacağını bildirib.

Martın 11-də İzzətlinin həyat yoldaşı ilə qısa telefon danışığı olub. “Biz təxminən iki dəqiqə danışdıq. Vəkil hələ Ruslanla görüşməyib, lakin apellyasiya şikayəti verib”, deyə Günel Manaflı əlavə edib.

* İzzətli martın 8-də saxlanılıb və növbəti gün pul qaçaqmalçılığı ittihamı ilə 4 ay müddətinə həbs olunub. Elə həmin iş üzrə Toplum TV-nin və Demokratik Təşəbbüslər İnstitutunun 8 əməkdaşı prosesə cəlb edilib.

Turan 

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az