Ruslan İzzətlinin və Ələsgər Məmmədlinin evində axtarış başlayıb

tərəfindən Gozetci

Ruslan İzzətli və Ələsgər Məmmədli

Martın 8-də III Respublika Platformasının üzvü Ruslan İzzətlinin Bakı şəhərindəki evində aparılan axtarış başa çatıb. Axtarış zamanı R.İzzətli də evə gətirilib.

Bu barədə AzadlıqRadiosuna onun xanımı Günel Manaflı məlumat verib.

Xanımı qeyd edib ki, Ruslan ona guya mənzildə pul tapılıb götürüldüyünü söyləyə bilib. Xanımının sözlərinə görə, pul onların olmayıb, heç məbləği də dəqiqləşdirə bilməyib, sadəcə aparılanda Ruslan İzzətli bir-iki kəlmə ilə üzləşdikləri bu durumu ona izah edə bilib.

Günel Manaflı əlavə edib ki, Ruslan İzzətlinin öd kisəsində ciddi problem var :

“Yoldaşım cərrahla görüşüb yaxın günlərdə əməliyyat olunmalı idi. Əməliyyat hələ ötən həftəyə təyin olunmuşdu, amma Ruslan soyuqlayıb deyə əməliyyat qaldı”.

*  *  *

Jurnalist telefonunun əlindən alınıb çəkilişinin pozulduğunu deyir

Martın 8-də III Respublika Platformasının üzvü Ruslan İzzətlinin Bakı şəhərindəki mənzilində axtarış aparılarkən binanın qarşısında çəkiliş edən jurnalistlərdən birinin əlindən telefonu alınıb, çəkilən görüntülər silinib.

Bu barədə jurnalistlərdən biri məlumat verib.

Onun sözlərinə görə, çəkilmiş kadrlar silinəndən sonra telefonunu özünə qaytarıblar.

*  *  *

Martın 8-də III Respublika Platformasının üzvü Ruslan İzzətlinin Bakı şəhərindəki evində axtarış başlayıb.

Bu barədə onun həyat yoldaşı Günel Manaflı məlumat verib. Onun sözlərinə görə, axtarış aparan şəxslər ona otaqdan çıxmağa və axtarış prosesini izləməyə icazə vermir.

Üstəlik, axtarışın vəkilin iştirakı olmadan aparıldığı deyilir.

Əraziyə gələn jurnalistlərə çəkiliş aparmağa imkan verilməyib.

Hüquqşünas Ələsgər Məmmədlinin də Bakıdakı evində axtarışa başlandığı bildirilir.

Bu barədə onun yaxınları məlumat verib.

Hələlik, bu məlumatlara Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az