Məhkəmə Qubad İbadoğlunu ev dustaqlığına buraxmayıb

tərəfindən Gozetci

Qubad İbadoğlu

Martın 7-də Bakının Nərimanov Rayon Məhkəməsində Vüsal Qurbanovun sədrliyi ilə Qubad İbadoğlunun ev dustaqlığına köçürülməsi haqqında vəsatətə baxılıb.

Siyasətçinin qardaşı Qalib Bayramov Turan-a bildirib ki, vəsatət Qubad İbadoğlunun səhhətinin pisləşməkdə davam etməsi ilə əlaqədar verilib.

“Acqarına, həm də qida qəbulundan iki saat sonra onun qanında şəkər səviyyəsi normadan 2-3 dəfə çoxdur”, deyə o qeyd edib.

Yüksək şəkər böyrəklərinə, qara ciyərinə və damarlarına ağır zərbə vurur. Hətta Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin endokrinoloqu xəstəliyin ciddi olduğunu etiraf edib. Ona 10 gün damcı kursu təyin edilib. Buna qədər o, artıq 30 gün həblərlə müalicə qəbul edib. Lakin onun vəziyyətində yaxşılaşma yoxdur”, deyə Bayramov bildirib.

Bununla belə, məhkəmə vəsatəti təmin etməyib.

* 2023-cü il iyulun 23-də Bakının Nərimanov Rayon Məhkəməsi Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının sədri Qubad İbadoğlunu 3 ay 26 gün müddətinə həbs edib. O, saxta pulların satışında (Azərbaycan CM-in 204.3.1-ci maddəsi), habelə ekstremist materialların saxlanması və yayılmasında (167-3.1-ci maddə) ittiham olunub.

Bir sıra ölkələr və beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti, ABŞ senatorları və konqresmenlər İbadoğlunu azad etməyə çağırıblar.

Turan

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az