53
Martın 6-da Respublika III Platformasının ofisində axtarış aparılıb.
Axtarış başa çatdıqdan sonra Platformanın spikeri Akif Qurbanov və bu strukturun üzvləri Araz Əliyev və Ruslan İzzətli ofisdən çıxarılıb və polis əməkdaşları tərəfindən aparılıb.
Hazırda Qurbanovun mənzilində axtarış aparılır.
Eyni zamanda, Qurbanovun vəkili Şəhla Qumbətovanın Turan-a verdiyi məlumata görə, polis işçiləri onun axtarış yerinə daxil olmasına imkan vermir. Maskalı şəxslər vəkili kobud şəkildə Qurbanovun mənzilinin qapısından kənarlaşdırıblar.
Bundan başqa, Toplum Tv-nin əməkdaşı Fərid İsmayılovun mənzilində də axtarış aparılır.
Turan