AXCP həbdə olan fəalının cərimə təcridxanasına salındığını bildirir

tərəfindən Gozetci

Şahin Hacıyev

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) həbsdə olan fəalı Şahin Hacıyevin cərimə təcridxanasına salındığını bildirib.

“Fevralın 3-fə 6 saylı həbsxananın rəhbərliyi 56 yaşlı Şahin müəllimi karsa saıb. Səbəb kimi Şahin müəllim öz kurtkasının arxa hissəsinə “mən günahsızam” yazması olub. Kurtkasını soyundurub müsadirə edəndən sonra, Şahin müəllim jiletinin arxasına “Seçki şou” yazıb və ondan sonra jiletini də əlindən alıb karsa atıblar”, AXCP-nin fevralın 4-də yaydığı məlumatda deyilir.

Öz növbəsində Penitensiar Xidmət Amerikanın Səsinin AXCP-nin məlumatı ilə bağlı sorğusuna hələ cavab verməyib.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Şahin Hacıyev 2022-ci il martın 31-də Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökm ilə 6 il azadlıqdan məhrum edilib.

Məhkəmə Hacıyevi Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) təqsirli bilib.

Şahin Hacıyev məhkəmənin hökmü ilə razılaşmayıb və tam günahsız olduğunu bildirib.

“Müdafiə Xətti” hüquq müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov Amerikanın Səsinə bildirib ki, ittiham məhkəmə istintaqı zamanı sübut olunmayıb.

“AXCP Gəncə şəhər təşkilatının fəalı Şahin Hacıyevin narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham edilməsi, “narkobaron” çıxarılması qondarma motivlərə söykənir. Şahin bəy sosial şəbəkələrdə hökumətin ünvanına sərt tənqidi qeydlər paylaşırdı”, o qeyd edib.

Azərbaycan Xalq Cəbhəsi Partiyasında da əmindirlər ki, fəalın həbsinin əsl səbəbi onun sosial şəbəkələrdə hakimiyyətin ünvanına tənqidi yazıları ilə bağlıdır.

Öz növbəsində, hüquq mühafizə orqanları sifarişli həbslə bağlı deyilənləri qəbul etmir. Hüquq mühafizə orqanlarının rəsmiləri insanların özünü müdafiə məqsədi ilə belə bəyanatlarla çıxış etdiyini bildirir.

Şahin Hacıyev dəfələrlə şahmat üzrə Azərbaycan və Türkiyə çempionu olub.

Amerikanın Səsi 

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az