Məhkəmə jurnalist Elnarə Qasımovanı həbsdə saxladı

tərəfindən Gozetci

Elnarə Qasımova

Fevralın 2-də “Abzas Media” işi üzrə həbs edilən jurnalist Elnarə Qasımovanın ev dustaqlığına buraxılması ilə bağlı verilmiş vəsatətə baxılıb.

Abzas Media-nın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə vəsatət təmin edilməyib.
Xatırlatma
Noyabrın 20-də “Abzas Media”nın direktoru Ülvi Həsənli, onun müavini Məhəmməd Kekalov, noyabrın 21-də baş redaktor Sevinc Vaqifqızı, noyabrın 30-da reportyor Nərgiz Absalamova, dekabrın 13-də araşdırmaçı jurnalist Hafiz Babalı, son olaraq yanvarın 13-də jurnalist Elnarə Qasımova saxlanılıb.
Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb, barələrində həbs qətimkan tədbiri seçilib.
Jurnalistlər ittihamları rədd edir və həbslərini “Abzas Media”da dərc olunan araşdırmaları ilə əlaqələndirirlər.
Bir sıra yerli və beynəlxalq qurumlar jurnalistlərin azad edilməsinə çağırırlar.
Yanvarın 24-də AŞPA-da Azərbaycan nümayəndə heyəti üzvlərinin etimadnamələri ratifikasiya edilməyib. Səbəblərdən biri kimi də qeyd olunub ki, Azərbaycanda siyasi həbslər artıb. Çıxışçılar bu xüsusda “Abzas Media”nın həbs edilən əməkdaşlarını nümunə kimi göstəriblər.
AbzasMedia

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az