“Müsəlman Birliyi” Hərəkatının üzvü İsmayıl İsmayılova hökm oxunub

tərəfindən Gozetci

İsmayıl İsmayılov

Yanvarın 9-da Müsəlman Birliyi Hərəkatının daha bir üzvü İsmayıl İsmayılovun məhkəmə prosesi başa çatıb

Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Beyləqan sakini İsmayıl İsmayılov Azərbaycan CM-nin 234.4.3 (küllü miqdarda narkotik vasitələrin psixotrop maddələrin alqı satqısı və istehsalı) maddəsi ilə ittiham olunub. Lakin hakim son prosesdə ittihama uyğun dəlil sübutlar olmadığı üçün maddəni 234.1-1-ə tövsif edib. Keçirilən proseslər zamanı şahid qismində iştirak edənlərdən biri zaldakı İsmayılı tanımayıb, onu ilk dəfə gördüyünü bildirib və deyib ki, hətta məhkəməyə niyə çağırıldığını da bilmir.
Hakim şahidə ifadəsində İsmayıl İsmayılovun cibində narkotik olduğunu gördüyü haqqında iddiasının xatırladanda isə o, bildirib ki, ümumiyyətlə yazıb oxumaq bilmir və İsmayılı da ilk dəfədir görür. Məlum olub ki, şahidin adından yalan, şər-böhtanla dolu ifadəni işi “araşdıran” müstəntiq yazıb.
Digər şahidlərin də ifadələri fərqli nəticələnməyib. Bununla belə hakim İ. İsmayılov haqqında narkotik cinayətini qüvvədə saxlayıb və o, 234.1-1-ci maddəsi (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) ilə müqəssir bilinərək 3 il müddətinə azadlıqdan məhrum edib. İsmayıl İsmayılovun hüquqlarını vəkil Rəsul Cəfərov müdafiə edib.
Qeyd edək ki, İsmayıl İsmayılov 2023-cü ilin 10 mart tarixində saxlanılıb. O, CM-nin 234.4.3 (külli miqdarda narkotik vasitələrin psixotrop maddələrin alqı satqısı və istehsalı) maddəsi ilə haqqında saxta 4 aylıq istintaq müddəti təyin edilib.
Xatırladaq ki, İsmayıl İsmayılov şiə dindarların kütləvi şəkildə narkotik ittihamı ilə şərlənib həbs edilməsi çərçivəsində tutulub. O, məhbus ailələrinə yardım etdiyinə və aktif dini fəaliyyətinə görə şərlənməyə məruz qalıb.
“Müsəlman Birliyi” Hərəkatı 

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az