Azərbaycanda prezidentliyə namizədliyin qeydə alınması prosesi başa çatıb

tərəfindən Gozetci

Daha 4 nəfərin prezident seçkilərində namizədliyi qeydə alınıb

Mərkəzi Seçki Komissiyası (MSK) Qüdrət Həsənquliyev, Fazil Mustafa, Elşad Musayev və Fuad Əliyevin prezidentliyə namizədliyini qeydə alıb.

Bu barədə qərar MSK-nın bu gün keçirilən iclasında qəbul edilib.

Bununla da prezidentliyə namizədliyi qeydə alınanların sayı 7-yə çatıb.

Bundan əvvəl MSK-nın 2023-cü il dekabrın 30-da keçirilən iclasında İlham Əliyevin, bu il yanvarın 6-də Zahid Oruc və Razi Nurullayevin prezidentliyə namizədliyi qeydə alınıb.

Prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənən 10 nəfər prezidentliyə nаmizədliyinin qeydə alınması üçün zəruri olan seçki sənədləri yanvarın 8-i saat 18:00-dək imza vərəqələri ilə birlikdə qanunvericilikdə nəzərdə tutulmuş digər zəruri sənədləri Mərkəzi Seçki Komissiyasına təqdim etməyiblər. Bu səbəbdən həmin şəxslərin prezidentliyə namizədliyinin qeydə alınması mümkün olmayacaq.

Xatırladaq ki, 17 nəfərin prezidentliyə namizədliyi təsdiqlənmişdi.

Qeyd edək ki, 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.

 

 

 

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az