İctimai fəala ailəsi ilə təcridxanada görüşə icazə verilmədiyi deyilir

tərəfindən Gozetci

İlhamiz Quliyev

Ötən il dekabrın 7-də həbs olunan ictimai fəal İlhamiz Quliyevin ailə üzvləri dəfələrlə təcridxanaya onunla görüşməyə getsələr də, ailəyə görüş verilmir.

Bu barədə onun vəkili Zibeydə Sadıqova Amerikanın Səsinə bildirib.

Onun sözlərinə görə, İlhamiz Quliyev ailəsi ilə gec-gec də olsa telefon danışığı ilə əlaqə saxlasa da, görüşə icazə verilmir.

Vəkil hesab edir ki, hüquqlarını müdafiə etdiyi ictimai fəal İlhamiz Quliyevə görüş verilməməsi qanunsuzluqdur.

“ İlhamiz Quliyevin anası mənimlə ötən həftə danışdı. O bildirdi ki, İlhamiz Qulievlə görüşmək üçün Ağdamdan Bakıya gəlib. Amma görüşə icazə verməyiblər. Bildiriblər ki, müstəntiq razılıq verməlidir. Müstəntiqin məktubu olmalıdır ki, öz oğlu ilə görüşsün. Mən isə anasına dedim ki, belə bir şey yoxdur. Tamamilə qanunsuzdur. Müstəntiq heç bir məktub vermir. Yaxın qohumlar həbsdə olan şəxslərlə görüşə bilərlər. Müstəntiq yalnız qadağa qərarı qoya bilər. Belə qadağa olanda ailəsi ittiham olunan şəxslə nə telefon əlaqəsi yarada bilər , nə də görüşə bilər. İlhamiz Quliyevə isə heç bir qadağa yoxdur. Buna baxmayaraq onun anasına görüşə icazə vermədirlər”,v əkil bildirib.

Onun sözlərinə görə, bununla bağlı Azərbaycan Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə və Ombudsman Aparatına müraciət ünvanlayıb.

Bayram günləri olduğundan Azərbaycan Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə və Ombudsman Aparatından şərh almaq hələlik mümkün olmayıb.

Xatırlatma

İlhamiz Quliyev dekabrın 4-də saxlanılıb və Cinayət Məcəlləsinin 234.4.3-cü (Kütləvi şəkildə narkotik vasitələri hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham olunur. Yaxınlarının sözlərinə görə o, saxlanılarkən zorakılığa məruz qalıb.

Hüquq müdafiəçilərinin fikrincə, həbsin səbəbi Quliyevin “Abzas Media”ya verdiyi müsahibədir. O, siyasi fəalları təqib etmək üçün polisin “sənədləşdirilməmiş narkotik maddələrdən” istifadə etməsindən danışıb.

Amerikanın Səsi

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az