Bəxtiyar Hacıyevin məhkəməsi başlayıb

tərəfindən Gozetci

Bəxtiyar Hacıyev

Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Bəxtiyar Hacıyevin işi üzrə hazırlıq iclası başlayıb. İclasa hakim Əli Məmmədov sədrlik edib.

Anket məlumatlarının yoxlanılması zamanı hakim Hacıyevin istintaq təcridxanasında saxlanıldığını bildirdikdə fəal replika atıb ki, o, “məhbus” deyil, “girovdur”.

Məhkəmə vəkillərin istintaq təcridxanasında Hacıyevlə görüşünə icazə verilməsi (məhkəmə prosesi başladıqdan sonra vəkillər istintaq təcridxanasına yeni icazələr təqdim etməlidirlər), habelə müdafiəçilərin pis çap olunmuş cinayət işinin yeni nüsxəsilə təmin edilməsi barədə müdafiə tərəfinin vəsatətini təmin edib.

Hakim prosesin videoçəkilişinin aparılması barədə vəsatətə baxılmasını növbəti iclasa saxlayıb.

Hacıyev ittiham aktını dünən aldığını deyəndə, hakim dinləmələri təxirə salıb, çünki qanunvericiliyə görə, təqsirləndirilən şəxs bu sənədi məhkəmə başlamazdan ən azı bir həftə əvvəl almalıdır.

Növbəti məhkəmə iclası yanvarın 7-nə təyin edilib.

Bəxtiyar Hacıyev 9 dekabr 2022-ci ildə Cinayət Məcəlləsinin 221 (xuliqanlıq) və 289-cu (məhkəməyə hörmətsizlik) maddələrilə saxlanılıb.

Bu ilin iyulunda ona qarşı Cinayət Məcəlləsinin 192 (qanunsuz sahibkarlıq), 193-1 (cinayət yoluyla əldə edilmiş gəlirlərin leqallaşdırılması) və 206-cı ( qaçaqmalçılıq) maddələrilə ittihamlar irəli sürülüb.

Noyabrın 7-də Hacıyevə qarşı Cinayət Məcəlləsinin  213.1-ci (vergidən, işsizlik, icbari tibbi və sosial sığorta üzrə ödənişlədən yayınma) maddəsi irəli sürülüb.

Bəxtiyar Hacıyev əmindir ki, bütün ittihamlar uydurulub. Həbs və ittihamların səbəbi hakimiyyətin tənqidinə görə cəzadır,

Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar.

Turan 

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az