Demokratik Qüvvələrin Milli Şurası Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağırıb

tərəfindən Gozetci

Dekabrın 18-də Demokratik Qüvvələrin Milli Şurası bəyanatla çıxış edərək “beynəlxalq təşkilatları və demokratik dünyanı” siyasi repressiyalara görə Azərbaycanda hakim rejimə qarşı ünvanlı sanksiyalar tətbiq etməyə çağırıb.

Şura bəyanatda rejimin siyasi opponentləri, demokratiyanın tanınmış tərəfdarları Qubad İbadoğlu, Tofiq Yaqublu və başqalarının “əsassız ittihamları” və həbslərini qeyd edib.

Repressiyaları gücləndirərək hakimiyyət “ölkədə gündən-günə kəskinləşən sosial vəziyyət  və dərinləşən iqtisadi böhran fonunda özünü geosiyasi və daxili təhlükələrdən sığortalamağa” çalışır.

Bundan əlavə, “bütün region”u  “avrointeqrasiya hərəkatı” bürüyüb ki, bu da hakimiyyəti qorxudur.

“İstənilən halda, ailə hakimiyyətini qorumaq naminə yüzillik demokratiya ənənəsi olan dövlətimizi Şərqə doğru itələmək perspektivsiz və ziyanlıdır”, – bəyanatda deyilir.

Bəyanat müəllifləri Azərbaycan hakimiyyətini Tofiq Yaqublu, Qubad İbadoğlu, jurnalistlər Hafiz Babalı, Sevinc Vaqifqızı, Ülvi Həsənli və digər siyasi məhbusları dərhal azad etməyə çağırıblar.

“Beynəlxalq təşkilatları və demokratik dünyanı Azərbaycanda tüğyan edən repressiya rejiminin antiinsani əməllərinə biganə qalmamağa, insan hüquqları və azadlıqların düşməninə çevrilmiş hakim rejimə qarşı ünvanlı sanksiyalar tətbiq etməyə çağırırıq”, – bəyanatda deyilir.

Turan 

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az