Apellyasiya Məhkəməsi Nərgiz Absalamovanı həbsdə saxlayıb

tərəfindən Gozetci

Nərgiz Absalamova

Bakı Apellyasiya Məhkəməsi “Abzas Media”nın əməkdaşı Nərgiz Absalamovanın həbsindən şikayəti təmin etməyib.

Jurnalistin vəkili Şəhla Hümbətova bildirib ki, şikayətə dekabrın 9-da baxılıb. İstintaq jurnalistin istintaq müddətində həbsdə saxlanılmasına tərəfdar olub.

“Biz soruşduq ki, Absalamovanın “Absas Media”nın ofisində aşkar edilmiş 40 min avro ilə nə əlaqəsi var? Ancaq istintaq nümayəndələri jurnalistin bu pulla əlaqəsini təsdiqləyən heç bir dəlil, fakt, sübut təqdim edə bilmədilər. Ümumiyyətlə, iş üzrə Absalamovanın “qaçaqmalçılıqda” əli olmasına dair heç bir fakt, sübut və ya şübhə yoxdur, Hümbətova qeyd edib.

Hətta belə bir dəlil olsa belə, təqsirləndirilən şəxsi həbsdə saxlamaq mütləq deyil. “Digər qətimkan tədbirləri var-bir yerə çıxmamaq haqda iltizam almaq, polisin nəzarətinə vermək, ev dustaqlığı. Müttəhimin tutulması üçün istintaqdan gizlənə biləcəyi barədə əsaslı mülahizələr olmalıdır. Müstəntiq bunu faktlarla əsaslandırmalı və əsassız iddialar irəli sürməməlidir”, – vəkil deyib.

“Əgər o, istintaqdan gizlənmək niyyətində olsaydı, dindirilməyə getməzdi. Onu “Abzas Media” ya qarşı cinayət işinin açılmasından 10 gün sonra saxlayıblar və bu müddətdə gizlənmək üçün kifayət qədər vaxtı olub, lakin o bunu etməyib”, – Hümbətova vurğulayıb.

Lakin məhkəmə müdafiə tərəfinin dəlillərini nəzərə almayıb və şikayəti təmin etməyib.

Xatırlatma

“Abzas Media”nın direktoru Ülvi Həsənli, onun müavini Məhəmməd Kekalov, nəşrin baş redaktoru Sevinc Vaqifqızı və reportyor Nərgiz Absalamova qaçaqmalçılıq ittihamı ilə həbs olunublar. Onlar ittihamları rədd edirlər və həbslərin korrupsiya faktlarının nəşrinə dair araşdırmalarla əlaqəli olduğunu bildirirlər. Hüquq müdafiəçiləri onları siyasi məhbus kimi tanıyıblar. Beynəlxalq təşkilatlar nəşrin əməkdaşlarını azad etməyə çağırıblar.

Turan 

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az