“Müsəlman Birliyi” Hərəkatının fəalı saxlanılıb (YENİLƏNİB)

tərəfindən Gozetci

Kamran Fərat (Kərimov)

Vəkil Zibeydə Sadıqova Meydan TV-yə bildirib ki, axşam saatlarında Kamran Fərat sərbəst buraxılıb.

*   *   *

Noyabrın 16-da mülki geyimli şəxslər “Müsəlman Birliyi” Hərəkatının fəalı, bu təşkilatın himninin müəllifi Kamran Fəratı (Kərimov) evindən aparıb.

Fəalın həyat yoldaşı onun saxlanılmasını videoya çəkib. Video sosial şəbəkədə yer alıb. Kadrlarda fəalın Bayıl qəsəbəsindəki evindən çıxarılması, avtomobilə mindirilib aparılması əksini tapıb.

Fəalın həyat yoldaşı onun üzərinə narkotik maddə qoyulmasından və həbs oluna biləcəyindən ehtiyatlanır.

Vəkil Zibeydə Sadıqova Amerikanın Səsinə bildirib ki, Kamran Fərat Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə aparılıb.

Onun sözlərinə görə, Fərat bundan əvvəl qısamüddətli həbslərə məruz qalıb, onun ölkədən çıxışına qadağa qoyulub.

“Mən artıq iki saatdır ki, polis bölməsinin qarşısında gözləyirəm. Məni hüquqlarını müdafiə etdiyim şəxslə görüşə buraxmırlar. Artıq bu barədə daxili işlər nazirinə və Ombudsmana şikayət etmişəm”, vəkil Amerikanın Səsinə deyib.

Öz növbəsində, Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti bu məlumata hələ münasibət bildirməyib.

“Azərbaycanda Siyasi Məhbusların Azadlığı Uğrunda” İttifaq oktyabrın 4-də siyasi məhbusların yenilənmiş siyahısını dərc edib. Siyahıya daxil edilən 235 nəfərdən 171 nəfəri dindardır.

Siyasi Məhbusların Monitorinqi Mərkəzinin rəhbəri Elşən Həsənov Amerikanın Səsinə deyib ki, siyasi məghbusların “Dindarlar” qrupuna 171 soyad, o cümlədən “Nardaran işi” üzrə fiqurantlar, bir neçə ilahiyyatçı, habelə ötən ilin yayından bu ilin sentyabrına qədər həbs olunmuş dindar qrupu daxildir.

“Həbs olunan dindarların hamısı narkotik maddələrin qanunsuz dövriyyəsində ittiham olunur”, hüquq müdafəçisi qeyd edib.

Öz növbəsində, Azərbaycan hakimiyyəti bir qayda olaraq ölkədə iradəsinə görə insanların təqib edilmədiyini bildirir və siyasi məhbusların olmasını qəbul etmir. Rəsmi Bakı bəyan edir ki, Azərbaycanda insanların fundamental azadlıqları tam təmin olunub.

Xatırladaq ki, Avropa Şurası Parlament Assambleyası 2020-ci ildə Azərbaycanda siyasi məhbuslarla bağlı qətnamə qəbul edib.

Amerikanın Səsi 

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az