Qubad İbadoğlu barəsində həbs qətimkan tədbiri üç ay uzadılıb

tərəfindən Gozetci

Qubad İbadoğlu

Bu gün Bakının Nərimanov Rayon Məhkəməsində istintaq orqanının Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri professor Qubad İbadoğlunun həbs müddətinin uzadılması haqqında təqdimata baxılıb.

Vəkil Zibeydə Sadıqovanın Turan-a verdiyi məlumata görə, məhkəmə siyasətçinin həbs müddətini daha 3 ay uzadıb.

Onun sözlərinə görə, müstəntiq və prokuror həbs müddətinin uzadılmasını istintaq hərəkətlərinin davam etdirilməsi zərurəti ilə əsaslandırıb. Onlar iddia ediblər ki, siyasətçi azadlıqda olsa, istintaqa təsir göstərə bilər.

“Qubad İbadoğluna qarşı yeni ittihamlar da irəli sürülə bilər”, deyə Sadıqova məhkəmə iclasının yekunlarını şərh edərkən bildirib. İbadoğlu özü ittihamların və həbsdə saxlanılmasının əsassız olduğunu bildirib.

Vəkil həmçinin siyasətçiyə qarşı irəli sürülən ittihamların hüquqi əsası olmadığını qeyd edib. Məhkəmə müdafiə tərəfin dəlillərinə məhəl qoymayıb, məhkəmənin qərarından şikayət veriləcək.

Siyasətçinin qardaşı Qalib Bayramov İbadoğlunun səhhətindəki problemlərin dərinləşdiyini qeyd edib. Onurğa disklərinin çıxıntısı, yerdəyişməsi və sinirlərin əzilməsi səbəbindən o, yata bilmir və yorğundur. Hərəkət etmək qabiliyyəti gündən-günə azalır.

İnsulin qəbulu yan təsirlərə səbəb olub və nəbzi dəqiqədə 115-120 dəfə vurur. Artıq iki həftədir hakimiyyət nevroloq və endokriloqun İbadoğuna baş çəkməsinə icazə vermir.

Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb.

Turan 

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az