AXCP fəalı Orxan Baxış 20 gün müddətinə həbs edilib

tərəfindən Gozetci

Orxan Baxışlı

Bakının Xətai rayon Məhkəməsi hakim Bəxtiyar Məmmədovun sədrliyi ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Orxan Baxışı 20 sutka inzibati həbsə məhkum edib. Orxan Baxışlı İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) maddəsi ilə təqsirli bilinib.

Bu barədə Məhkəmə Hüquq Şurasının elektron məhkəmə saytında məlumat yayılıb.

AXCP-nin məlumataına görə, AXCP Gənclər Komitəsinin məclis üzvü Orxan Baxış oktyabrın 16-da Bakının Xətai rayonu ərazisində mülki şəxslər tərəfindən saxlanılıb.

AXCP sədri Əli Kərimli facebook səhifəsində belə yazıb:

“Gənc və mübariz cəbhəçi Orxan Baxışı da şərləyib, 20 sutka müddətinə inzibati qaydada həbs etdilər. Keçmiş siyasi məhbus Orxan bəy son bir neçə gündə həbs edilmiş 5-ci AXCP fəalıdır. Rejimin xalqla mübarizəsi dayanmır. Çox təəssüf ki, hakimiyyət ölkəmizlə işğal edilmiş ərazi kimi davranır. Orxan bəyə və bütün siyasi məhbuslara azadlıq!”.

Daxili İşlər Nazirliyi fəalın saxlanılması ilə bağlı xəbərlərə hələ münasibət bildirməyib.

Turan

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az