Qubad İbadoğluna göndərilən sovqatların bir hissəsinin ona çatmadığı deyilir

tərəfindən Gozetci

Qubad İbadoğlu

1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğluna göndərilən sovqatların bir hissəsinin ona çatmadığı deyilir.

Bu barədə onun qardaşı Qalib Toğrul Facebook səhifəsində yazıb.

“Dünən öyrəndim ki, Qubad müəllimə göndərdiyimiz sovqatların bir hissəsi bizdən qəbul edilsə də, qardaşıma çatdırılmır. Kitab qorxunuzu başa düşürəm, elmdən, kitabdan, alimdən qaranlıq işıqdan qorxan kimi qorxursunuz. Bəs, qarabaşağı (qreçkanı) niyə vermirsiniz? Bilirsiniz ki, Qubad müəllim şəkər, təzyiq xəstəsidir, dietik yeməklərlə qidalanmalıdır.Atisanitariya qovşağına çevirdiyiniz sanitar qovşağını təmizləmək məqsədilə göndərdiyimiz “Domestos”u niyə müsadirə edirsiniz? “

Qalib Toğrul qardaşına göndərilən dərmaların əvvəlcədən həkim tərəfindən baxılamsına da etiraz edib.

“Dərmanını niyə “öncə həkim baxmalıdır’ bəhanəsi ilə götürürsünüz? Əminəm ki, bu suallara cavab vermək üçün min diliniz, minbir bəhanəniz var”, o deyib.

Azərbaycan Ədliyyə Nazirliyinin Penitensiar xidmətindən Amerikanın Səsinin sorğusuna cavabda bildiriblər ki, həbs edilmiş şəxs Qubad İbadoğluna göndərilən sovqatların bir hissəsinin ona çatmadığı barədə qardaşı tərəfindən sosial şəbəkələrdə yayılmış məlumatlar həqiqəti əks etdirmir.

“Belə ki, Qubad İbadoğlunun ailə üzvləri tərəfindən təcridxanaya gətirilən bütün sovqatlar siyahı üzrə qəbul olunur. Həbs edilmiş şəxs sovqatdakı bütün məhsulları aldığını öz imzası ilə təsdiqləyir”, cavabda qeyd edilir.

Xatırlatma

İyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu barəsində 3 ay 26 gün həbs-qətimkan tədbiri seçib.

Qubad İbadoğlu Azərbaycan Cinayət Məcəlləsinin 204.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma), 204.3.1-ci (eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə ittiham olunur.

Azərbaycan Daxili İşlər Nazirliyi Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.

Qubad İbadoğlu ittihamı qəbul etmir. O, məhkəmədə irəli sürülən ittihamı saxta adlandırıb.

Amerikanın Səsi

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az