Qarabağ qazisi özünü Hərbi Prokurorluğun qarşısında yandırıb

tərəfindən Gozetci

Əsgər. Foto: Meydan TV

“Hazırda qazi Reanimasiya şöbəsindədir”

Avqustun 12-də Bakıda Hərbi Prokurorluğun qarşısında özünəqəsd hadisəsi baş verib.

Meydan TV-nin əldə etdiyi məlumata görə, hadisə səhər saat 10-11 radələrində yaşanıb.

Təxminən 30 yaşlarında olan kişi Hərbi Prokurorluğun qarşısında üstünə benzin töküb və özünü yandırıb”, – mənbə bildirib.

Özünə qəsd edən şəxsin Qarabağ qazisi olduğu, Hərbi Prokurorluqdan narazılığına görə özünə qəsd etdiyi deyilir.

Yaralı Təcili Tibbi Yardım maşınıyla Respublika Yanıq Mərkəzinə aparılıb.

Respublika Yanıq Mərkəzindən Meydan TV-yə bildiriblər ki, özünü yandıran qazi 35 yaşlı Babaşov Muxtar Rafiq oğludur və hazırda Reanimasiya şöbəsindədir.

Onun vəziyyətinin stabil olduğu bildirilib.

Meydan TV 

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az