İctimai fəal Səməd Şıxının saxlanıldığı bildirilir (YENİLƏNİB)

tərəfindən Gozetci

Səməd Şıxı

İctimai fəal Səməd Şıxı sərbəst buraxıldığını bildirib.

Bu barədə Səməd Şıxı özü “Facebook” səhifəsində məlumat paylaşıb:

“Artıq evdəyəm. Telefonuma ailəmin vasitəsi ilə girib, bəzi postları sildikdən sonra sərbəst buraxdılar. Mənə görə narahat olan hər kəsə təşəkkür edirəm”.

*   *   *

“Səməd Şıxıdan telefonu tələb olunur”

İctimai fəal, yazar Səməd Şıxının Abşeron Rayon Polis İdarəsinin Qobu qəsəbəsində yerləşən bölməsində saxlanıldığı bildirilir.

Bu barədə Meydan TV-yə onun dostları məlumat verib.

Avqustun 10-da Səməd Şıxı “Facebook” hesabında məlumat yaymışdı ki, Abşeron Rayon Polis İdarəsinin əməkdaşları yaşadığı evə gəlib, onu aparmaq istəyiblər:

“Evdə olmadığım üçün sabah səhər tezdən saat 9-da bölməyə çağrılmışam. Qəsəbəsindəki polis bölməsinə gedəcəyəm…”.

Dostlarının bildirdiyinə görə, Səməd Şıxı polis bölməsinə gedərkən telefonunu özüylə aparmayıb.

Orada ondan israrla telefonunu tələb edirlər:

Səməd Şıxı hazırda Qobu polis idarəsində girov saxlanılır. Ona telefonunu polisə təhvil vermədiyi halda, sərbəst buraxılmayacağı deyilib”.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinindən Meydan TV-yə fəalın saxlanılması ilə bağlı məsələnin araşdırıldığı bildirilib.

Azərbaycanda son on gündə xeyli ictimai fəal həbs olunub.

Onların arasında İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiyəddin Məmmədov, Kuryerlər Birliyinin üzvü Elvin Mustafayev də var.

Həbs olunanların bəzilərinə xuliqanlıq, digərinə narkotik ittihamı irəli sürülüb. Lakin heç biri özünü təqsirli bilmir, ittihamın saxta olduğunu, ictimai fəaliyyətinə görə cəzalandırıldığını deyir.

Meydan TV

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az