Apellyasiya Məhkəməsi həmkarlar ittifaqı fəalını həbsdə saxlayıb

tərəfindən Gozetci

Afiəddin Məmmədov

Bu gün Bakı Apellyasiya Məhkəməsində (BAM) “Demokratiya 1918” Hərəkatının Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədovun 30 sutkalıq inzibati həbslə bağlı şikayətinə baxılıb.

Prosesin açıq olmasına baxmayaraq, jurnalistlər prosesə buraxılmayıb. Məhkəmə rəsmiləri “tapşırıq belədir” deyiblər.

Vəkilin sözlərinə görə, Afiəddin Məmmədov İnzibati Xətalar Məcəlləsinin 510.1 (xırda xuliqanlıq) və 535.1 (polisə tabe olmama) maddələri üzrə özünü təqsirli bilməyib.

Məmmədov bildirib ki, onu 20 saatdan çox 26-cı polis bölməsində vəkil dəvət etməyə imkan verilmədən saxlayıblar. Üstəlik, onun adından protokolda yazıblar ki, guya vəkildən imtina edib və bu protokolu onun əvəzinə başqası  imzalayıb. Lakin məhkəmə həmkarlar ittifaqı fəalının şikayətini təmin etməyib.

Xatırlatma

Afiəddin Məmmədov avqustun 1-də saxlanılıb və ertəsi gün Bakı Şəhəri Xətai Məhkəməsi onu İnzibati Xətalar Məcəlləsinin 528.1 (Məhkəmə icraçısının tələblərinə əməl etməmə) maddəsi ilə təqsirli bilərək, 500 manat cərimələyib. Həmin gün Yasamal Rayon Məhkəməsi onun barəsində 30 sutka həbs qərarı çıxarıb.

Turan 

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az