Vəkil Qubad İbadoğlu ilə görüşüb: “Ona evlə əlaqə saxlamağa icazə verilmir”

tərəfindən Gozetci

Qubad İbadoğlu

İyulun 27-də vəkil Zibeydə Sadıqova hazırda həbsdə olan Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri, iqtisadçı Qubad İbadoğlu ilə görüşüb. Vəkil Amerikanın Səsinə bildirib ki, iqtisadçıya evə zəng etməyə icazə verilmir:

“Hazırda ən böyük narahatlığı evlə əlaqə saxlaya bilməməsinə görədir. Halbuki, bir kamerada saxlanıldığı digər şəxslərə zəng etməyə icazə verilir. Yaşlı və xəstə anası var, onun səhhətindən çox narahatdır. Elə ölkəyə də anasına baş çəkmək üçün gəlmişdi”.

Vəkilin sözlərinə görə, İbadoğlu 6 nəfərlik kamerada qalır, onu həbsxanada müayinə ediblər.

“Qan analizləri götürüblər, təzyiqi 90/145-dir, bu, onun üçün yüksək sayılır, çünki özü təzyiq və şəkər xəstəsidir. Dərmanlarını götürüblər, amma kamerada saxlamağa icazə verilmir, ancaq istəyəndə verilir”, deyə vəkil qeyd edib.

Vəkil qeyd edib ki, ADR sədrinin həbsindən Apellyasiya Məhkəməsinə şikayət verilib.

Apellyasiya şikayətinə iyulun 28-də baxılacaq. Qubad İbadoğlunun həbsilə bağlı məsələ Bakı Apellyasiya Məhkəməsində Mirzəli Abbasovun sədrliyilə araşdırılacaq.

Xatırladaq ki, iyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlu barəsində 3 ay 26 gün həbs qərimkan tədbiri seçib.

Qubad İbadoğlu Azərbaycan Cinayət Məcəlləsinin 204.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma), 204.3.1-ci (eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə ittiham olunur.

Azərbaycan Daxili İşlər Nazirliyi Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.

Qubad İbadoğlu ittihamı qəbul etmir. O, məhkəmədə irəli sürülən ittihamı saxta adlandrıb.

Amerikanın Səsi

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az