Qərb səfirlikləri Qubad İbadoğlu ilə bağlı birgə bəyanat yayıb

tərəfindən Gozetci

Qubad İbadoğlu

Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Almaniya və Fransanın Azərbaycandakı səfirlikləri Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun həbsi ilə bağlı birgə bəyanat yayıblar.

Sənəddə vurğulanır ki, “beynəlxalq səviyyəli alim Qubad İbadoğlunun iyulun 23-dəki həbsini yaxından izləyirlər:

“Azərbaycanın öz vətəndaşlarının, o cümlədən Qubad İbadoğlunun əsas azadlıqlarını və insan hüquqlarını Azərbaycan konstitusiyasına, beynəlxalq öhdəliklərinə uyğun olaraq müdafiə etməsi çox vacibdir”.

Bəyanat müəllifləri Azərbaycan hökumətini Qubad İbadoğlunun dərman vasitələrin təminatı və ədalətli məhkəmə prosesi daxil olmaqla, insan hüquqlarına hörmətlə yanaşılmasına çağırıblar.

Hələlik, bəyanata Azərbaycanın rəsmi qurumlarından münasibət almaq mümkün olmayıb.

Bundan əvvəl də bir sıra beynəlxalq təşkilatlar Quabad İbadoğlunun hüquqlarının müdafiəsi ilə bağlı açıqlamalar yayıblar.

Xatırlatma

Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu iyulun 23-də saxlanıb. Ona qarşı Cinayət Məcəlləsinin 204.3.1-ci maddəsi (Mütəşəkkil dəstə tərəfindən saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) ilə ittiham irəli sürülüb. Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Qubad İbadoğlu ittihamları qəbul etmir.

Yaxınları bəzi xəstəlikləri olduğu bildirilən Qubad İbadoğluna dərman və sovqat çatdırılmasına şərit yaradılmamsından şikayətləniblər.Amma onların şikayətlərinə rəsmi münasibət bildirilməyib.

Azərbaycan Demokratiya və Rifah Partiyası dövlət qeydiyyatına alınmayıb.

AzadlıqRadiosu

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az