Elmar Hüseynov yaşasaydı, bu gün 56 yaşı tamam olacaqdı

tərəfindən Gozetci

Elmar Hüseynov

Bu gün 2005-ci il martın 2-də qətlə yetirilmiş mərhum jurnalist Elmar Hüseynovun 56-cü doğum günüdür. Cəsur jurnalistə qarşı bu cinayətin üstü hələ də açılmayıb.

Elmar Hüseynov jurnalist və bir sıra media layihələrinin – Azərbaycan hakimiyyətinin siyasətinin, sistemli korrupsiyanın, güc qurumlarının və məmurların özbaşınalığının, insan hüquqlarının pozuntusunun kəskin tənqidi yer alan qəzet və jurnalların rəhbəri idi.

Bu nəşrlər arasında ən məşhuru “Monitor” jurnalı idi.

O, dəfələrlə təhdid alıb, cinayət təqibinə məruz qalıb, həbsə atılıb. Xarici dövlətlərin siyasi sığınacaq vermək təkliflərinə baxmayaraq, Azərbaycanda qalıb və ölənə qədər peşə fəaliyyətini davam etdirib.

Elmar Hüseynov yaşadığı evin pilləkənlərində tapançadan açılan yeddi atəşlə öldürülüb. İstintaqa cəlb edilmiş türk müstəntiqlər cinayətin üstünü açdıqlarını bildiriblər. Amma onlar ölkədən göndəriliblər. Hakimiyyət qətlin Gürcüstanda yaşayan etnik azərbaycanlılar Tahir Xubanov və Teymuraz Əliyev tərəfindən törədildiyini bəyan edib.

Azərbaycan hakimiyyəti iddia edir ki, bu şəxslər barəsində İnterpol vasitəsilə axtarış elan edilib, amma Gürcüstan hakimiyyəti bunu təkzib edib. Faktiki olaraq iş səssiz-sədasıız ört-basdır edilib və adı çəkilən şəxsləri heç kim axtarmayıb.

Həmin vaxt DİN polkovniki Hacı Məmmədovun rəhbərlik etdiyi cinayətkar qrupun qətldə əli olduğu barədə versiya var. Hacı Məmmədov sonradan çoxsaylı qətl və oğurluqlara görə ömürlük həbsə məhkum edilib və həbsxanada vəfat edib.

Turan 

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az