Apellyasiya Məhkəməsi Zamin Salayev barəsində hökmü qüvvədə saxlayıb

tərəfindən Gozetci

Zamin Salayev

İyulun 13-də Bakı Apellyasiya Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Zamin Salayevin apellyasiya şikayətinə baxılması başa çatıb.

Vəkil Nemət Kərimlinin jurnalistlərə verdiyi məlumata görə, müdafiə tərəfi iş üzrə cəlb edilmiş, birinci instansiya məhkəməsində dindirilməyən şahidlərin çağırılması və apellyasiya instansiyasında dindirilməsi haqqında vəsatət qaldırıb.

“Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin səhvlərini və nöqsanlarını aradan qaldırmalıdır. Təəssüf ki, bu, baş verməyib və hökm dəyişdirilmədən qüvvədə saxlanılıb”, deyə vəkil bildirib.

O qeyd edib ki, Salayev özü məhkəmədə çıxış edib və ittihamları qəbul etməyib.

Vəkilin sözlərinə görə, Salayev cinayət işinin siyasi motivlərlə saxtalaşdırıldığını bildirib.

Vəkil qeyd edib ki, Salayev iyulun 10-dan etibarən həbsdən azad edilməsi tələbi ilə aclığı bərpa edib.

Müdafiə tərəfi Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti vermək niyyətindədir.

* Zamin Salayev fevralın 7-də saxlanılıb, növbəti gün Qaradağ Rayon Məhkəməsi onu silahdan istifadə etməklə xuliqanlıq törətmək ittihamı ilə həbs edib (CM-in 221.3-cü maddəsi). Salayev saxlanıldığı andan etibarən azad edilməsi tələbi ilə aclıq elan edib. Mayın 22-də məhkəmə onu 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib. O, apellyasiya məhkəməsinin şikayətinə ədalətli baxacağına dair təminat verildikdən sonra iyunun 1-də, aksiyanın 115-ci günündə aclığı dayandırıb.

ABŞ-ın Bakıdakı səfirliyi hakimiyyəti Salayevi və digər siyasi məhbusları azad etməyə çağırıb.

Turan

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az