Vəkil: Söyüdlüdə həbs olunanları Bakıya gətiriblər

tərəfindən Gozetci

Söyüdlü hadisələri zamanı inzibati qaydada həbs olunanların Bakıya Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirildiyi bildirilir.

Hüquqşunas, Söyüdlü İşçi Qrupunun üzvü Səməd Rəhimli Turana bildirib ki, həmin şəxslərə ya cinayət işi açılıb, ya da onlar Bakıya qanunsuz gətirilib.

Rəhimlinin sözlərinə görə, Söyüdlü hadisələri çərçivəsində 11 nəfər həbs olunub. “Onlardan 8-i İnzibati Xətalar Məcəlləsinin 513-cü (Toplantıların təşkili və keçirilməsi qaydalarının pozulması) maddəsi ilə həbs olunub, 3 nəfərə qarşı isə narkotik ittihamı ilə cinayət işi açılıb”.

Hüquqşunas əlavə edib ki, həbs olunan şəxslərin apellyasiya şikayətləri hazırlansa da, onların qohumları vəkillə müqavilə imzalamaqdan imtina etdilər:

“Ona görə də biz apellyasiya şikayətləri göndərə bilmədik və müddətini ötürdük. Kənd sakinləri və həbs olunanların qohumları hüquqi yardımdan imtina edib”.

Məsələyə Daxili İşlər Nazirliyin Mətbuat xidmətindən münasibət bildirilməyib.

Xatırlatma

İyunun 20-də Gədəbəy rayonun Söyüdlü kəndin sakinləri “Gədəbəy” yatağından qızıl hasilatı və emalı müəssisəsinin çirkab suları üçün ikinci süni gölün yaradılmasına etiraz ediblər.

Etirazlar zamanı polis müdaxilə edib, nəticədə 10 nəfərə yaxın şəxsin xəsarət aldığı və rəsmi olaraq 5 nəfərin inzibati həbs edildiyi deyilir.

İyunun 22-də isə kəndin girişinə və çıxışına polis postları qurulub. Baş nazir Əli Əsədovun tapşırığı ilə süni gölün insanların sağlamlığına təhlükəli olub-olmadığını yoxlamaq məqsədilə komissiya yaradıldı. Hazırda komissiyanın işini davam etdirdiyi bildirilir.

AzadlıqRadiosu

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az