Qiyas İbrahim aclıq aksiyasına başlayıb

tərəfindən Gozetci

Qiyas İbrahim

Anası onun səhhətində problemlərin olduğunu deyir

İyunun 22-də 30 sutka inzibati cəza alan Qiyas İbrahim aclıq aksiyasına başlayıb.

Bu barədə iyunun 23-də səhər oğluyla danışan Şura Əmiraslanova Meydan TV-yə deyib.

Ancaq Şura Əmiraslanova oğlunun aclıq aksiyası keçirməsinin əleyhinədir:

“Çünki Qiyasın birinci həbsdə səhhətində yaranan problem hələ də qalır, nə canı var ki, aclıq aksiyası keçirsin. Mən vəkili Elçin Sadıqovla danışacağam, ona desin ki, əgər aksiyanı dayandırmasa, müdafiədən imtina etsin”.

Vəkil Elçin Sadıqov Meydan TV-yə bildirib ki, o, bu gün Qiyas İbrahimlə görüşəcək.

Meydan TV 

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az