İraqda həbs müddəti bitən 3 qadın Azərbaycana gətirilib

tərəfindən Gozetci

İraqda məhbus həyatı yaşamış və hazırda cəza müddəti bitmiş Azərbaycan vətəndaşı olan 3 nəfər qadın ölkəyə gətirilib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, növbəti mərhələdə daha 2 nəfər cəza müddəti bitmiş Azərbaycan vətəndaşının ölkəyə gətirilməsi nəzərdə tutulur.

“Hazırda İraqda həbsdə saxlanılan Azərbaycanın qadın vətəndaşlarının mərhələli şəkildə ölkəmizə gətirilməsi istiqamətində müvafiq işlər davam etdirilməkdədir. Bununla əlaqədar olaraq, İraqın aidiyyəti dövlət qurumlarına müvafiq müraciətlər ünvanlanıb”, Xarici İşlərt Nazirliyi bildirir.

Qeyd edək ki, Azərbaycan hökuməti tərəfindən həyata keçirilən tədbirlər nəticəsində indiyə qədər qadın vətəndaşların 288 nəfər övladı Azərbaycana gətirilib.

Mayın 1-də İraqda həbsdə olan Azərbaycan əsilli qadınların bir qrup qohumu Bakıda Xarici İşlər Nazirliyinin binası qarşısında aksiya keçirib. Aksiya iştirakçıları İraqda həbsdə olan yaxınlarının azad edilməsi üçün Azərbaycan hökumətinin tədbirlər görməsini xahiş edib.

Aksiya iştirakçılarından biri deyib ki, İraqda həbsdə olan Azərbaycan əsilli qadınların övladları Azərbaycana gətirilib. Lakin onların anaları hələ də Bağdad həbsxanasındadır.

Aksiya zamanı İraq həbsxanasında olan qadınlların səs yazıları əks olunan videolar jurnalistərə təqdim olunub.

“Biz səsimizi bütün düyaya yaymaq istəyirik. Biz 121 nəfər azərbaycanlı qadın olaraq İraqın Bağdad şəhəri Rosafa B6 cəza evində ömürlük həbsə məhkum olunmuşuq”, həmin videoda həbsdə olan qadınlardan biri deyir.

İraq həbsxanaısna olan qadınlar aprelin 25-dən müddətsiz aclığa başladıqlarını bildirib.

“Bağdadın B6 cəza evində Azərbaycan əsilli qadınlarla yanaşı, Türkiyə, Rusiya, Ukrayna, Fransa, Almaniya, Pakistan, Özbəkistan və başqa ölkələrdən olan qadınlar saxlanılır”, videoda qeyd edilir.

Qadının sözlərinə görə, həyat yoldaşları İŞİD-in tərkibində olarkən döyüşlər zamanı həlak olan Azərbaycan əsilli 121 qadın könüllü olaraq İraq hərbçilərinə təslim olub.

“İraq məhkəməsi bizim barəmizdə heç bir sübut olmadan 5 dəqiqə ərzində ömürlük həbs və ya ölüm cəzası çıxarıb. Bizə qarşı terror ittihamı irəli sürülüb. Biz heç bir terrorda iştirak etməmişik. Sadəcə öz həyat yoldaşlarımıza qoşulub İraqa gəlmişik. Heç bir cinayət tərkibli əməl törətməmişik. Biz artıq 6 ildir ki, İraqda həbsxanada ən ağır şəraitdə saxlanılırıq. Bu illər ərzində həbsxananın ağır rejiminə dözməyən bir çox Azərbaycanlı qadın və uşaq vəfat edib. İndi də ağır durumda olan xəstələrimiz var. Onlara tibbi yardım göstərilmir. Artıq 4 ildir ki, bizi övladlarımızdan ayırıblar. Biz azadlığımıza qovuşub övladlarımızın yanında olmaq istəyirik”, jurnalistlərə təqdim olunan videodakı qadın qeyd edib.

Rəsmi məlumatlara görə İraq, Suriya və Əfqanıstanda yüzlərlə Azərbaycan vətəndaşı qeyri-qanuni hərbi birləşmələrin tərkibində döyüşüb. Onlardan xeyli hissəsi həlak olub, bir hissəsi isə həbs və ya Azərbaycana deportasiya edilib.

2018-ci ilin oktyabr ayında Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) nümayəndələri ilə görüş zamanı Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) tərəfindən verilən ən son rəsmi məlumata əsasən, terror təşkilatlarına qoşulmaq üçün Suriya və İraqa Azərbaycandan 1477 (1136 kişi və 341 qadın) nəfərin getdiyi, 903 nəfərin (749 kişi və 154 qadın) öldüyü və ya itkin düşdüyü güman edilir.

Amerikanın Səsi

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az