Dini fəalın anası oğluna qarşı işgəncələrə etiraz edir

tərəfindən Gozetci

“Müsəlman Birliyi” Hərəkatının üzvü, həbsdə olan Abbas Hüseynin anası Rəhimə Hüseynova mayın 15-də Prezident Administrasiyasının yaxınlığında etiraz aksiyası keçirib.

O, həbsdə oğluna işgəncə verilməsinə etiraz edib.

Aprelin 27-də 1 saylı İstintaq Təcridxanasının təqdimatı əsasında Nizami Rayon Məhkəməsi Abbas Hüseynin 1 il müddətinə Qobustan qapalı həbsxanasına köçürülməsi barədə qərar qəbul edib.

“Müsəlman Birliyi” Hərəkatının rəhbəri Tale Bağırzadə, Abbas Hüseyn və digər dindarlar 2015-ci il noyabrın 26-da Daxili İşlər Nazirliyinin Nardaran qəsəbəsində keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs olunublar. Saxlanılan şəxsləri Bağırzadənin təşkil etdiyi cinayətkar qrupda iştirakda ittiham ediblər. Onlar Cinayət Məcəlləsinin terrorizm, qanunsuz silah saxlamaq, konstitusiya quruluşunun zorla dəyişdirilməsinə cəhd, polisə müqavimət və başqa maddələrilə günahkar bilinərək 12 ildən 19 ilədək həbsə məhkum ediliblər. Abbas Hüseyn 20 il azadlıqdan məhrum edilib.

O, və digər fəallar siyasi məhbus kimi tanınıblar.

Vəkil Fəxrəddin Mehdiyev bildirib ki, Qobustan həbsxanasına köçürülmə bu məhbusun cəzalandırılma formasıdır. İstintaq təcridxanasında da Abbas Hüseynə karserə yerləşdirmə yoluyla təzyiq göstərilib. Əvvəllər bu məhbus 7 saylı koloniyada oxşar təzyiqlərə məruz qalıb. Vəkil qeyd edib ki, bu pozuntularla bağlı şikayətlərə baxılmayıb.

O, əlavə edib ki, Abbas Hüseynin Qobustan həbsxanasına göndərilməsi barədə qərardan apellyasiya şikayəti verilib.

Abbas Hüseynin işi üzrə şərh verilməsilə bağlı Turan agentliyinin Penitensiar Xidmətə sorğusu hələlik cavabsız qalır.

Turan

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az