Apellyasiya Məhkəməsi Zamin Salayevi həbsdə saxlayıb

tərəfindən Gozetci

Aprelin 7-də Bakı Apellyasiya Məhkəməsi  Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Zamin Salayevin ev dustaqlığına keçirilməsindən imtina ilə bağlı şikayətini təmin etməyib.

Vəkil Nemət Kərimli Turan-a bildirib ki, müdafiə tərəfi məhkəmənin diqqətinə çatdırıb ki, iş üzrə ibtidai istintaq aprelin 6-da başa çatıb və Salayevi həbsdə saxlamağa əsas yoxdur. İstintaq həbsi onunla əsaslandırıb ki, Salayev azadlıqda olarsa “proses iştirakçılarına (zərərçəkənə və şahidlərə) təzyiq göstərə bilər.

Bununla belə, məhkəmə şikayəti təmin etməyib.

Zamin Salayev məhkəmədə çıxış edərək yenidən öz həbsini siyasi sifariş adlandırıb.

Vəkil qeyd edib ki, Salayev 60 sutkadır aclığı davam etdirir. “Hər gün vəziyyəti daha da pisləşir, yeni problemlər ortaya çıxır”,-  Kərimli deyib.

Ümumilikdə Salayevin vəziyyəti ağırdır, çətinliklə hərəkət edir, çox halsızdır, böyrəklərində  ağrı var.

Gələn həftə işin məhkəməyə göndəriləcəyi gözlənilir.

Xatırladaq ki, fevralın 8-də Bakının Qaradağ Rayon Məhkəməsi Salayevi üç ay müddətinə həbs edib. Ona qarşı Cinayət Məcəlləsinin 221.3-cü maddəsilə cinayət işi açılıb. Fəalı 5 ilədək həbs təhlükəsi gözləyir.

Zamin Salayev məhkəmədə bildirib ki, ona qarşı irəli sürülən ittiham yalandır və onu sosial şəbəkələrdə hakimiyyəti tənqid etdiyinə görə cəzalandırırlar.

Turan

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az