Tofiq Yaqublunun həbsindən şikayət veriləcək

tərəfindən Gozetci

Milli Şurasının və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun inzibati qaydada həbsindən apellyasiya şikayəti veriləcək. Bu barədə bazar ertəsi Turan-a vəkil Nemət Kərimli bildirib. Bu gün o, Binəqədidə inzibati həbs olunanların saxlanma məntəqəsindəYaqubluya baş çəkib.

Yaqublu saxlanma şəraitindən şikayət etməyib. “Ona verilən kitabları da problemsiz buraxıblar”, – vəkil deyib.

Xatırladaq ki, Tofiq Yaqublu dekabrın 23-də Bakının mərkəzində ictimai fəal Bəxtiyar Hacıyevin azadlığa buraxılması tələbilə keçirilən etiraz aksiyasında saxlanılıb.

Həmin gün Səbail Rayon Məhkəməsi onu xırda xuliqanlıq və polisə tabe olmamaq ittihamı ilə 30 sutka həbs edib.

Turan

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az