Bakıda Bəxtiyar Hacıyevin müdafiəsinə həsr olunmuş aksiyadan əvvəl həbslər başlayıb

tərəfindən Gozetci

Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin müdafiəsinə həsr olunmuş etiraz aksiyası ərəfəsində polis aksiyanın potensial iştirakçılarını saxlamağa başlayıb.

Belə ki, Xalq Cəbhəsi Partiyasının Xətai rayon təşkilatının sədri Faiq Nağıyev saxlanılıb, bu barədə “Müdafiə Xətti” hüquq müdafiə təşkilatının rəhbəri Rüfət Səfərov bildirib.

Bundan başqa, Hacıyevin şikayətinə baxılan Bakı Apellyasiya Məhkəməsinin binası qarşısında sərbəst jurnalist Emil Maniyev saxlanılıb. Binanın yaxınlığında içərisində onlarla polis olan avtobus var.

AXCP-dən daha bir neçə fəalın saxlanıldığını bildiriblər.

DİN-dən şərh almaq mümkün olmayıb.

Xatırladaq ki, Bəxtiyar Hacıyev dekabrın 9-da xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə saxlanılıb. Elə həmin gün Xətai rayon məhkəməsi onu 1 ay 20 gün müddətinə həbs edib. Müdafiə tərəfi bu qərardan şikayət verib, Hacıyev özü isə məhkəmə şikayəti təmin etmədiyi təqdirdə müddətsiz aclığa başlayacağını bildirib.

Dekabrın 15-də Apellyasiya Məhkəməsi Hacıyevin şikayətini təmin etməyib.

Turan

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az